RU

“Azərbaycan musiqisi beynəlxalq səhnədə maraqla qarşılanır” » AzadMedia.az

“Azərbaycan


Müsahiblərim Azərbaycan Milli Konservatoriyasının məzunu Altun Suleymanov və gənc ifaçı İsa Məmmədovdur.

— Xoş gördük. Özünüzü təqdim edin, zəhmət olmasa.

-Adım Altun Süleymanovdur. Azərbaycan Milli Konservatoriyasının məzunuyam. Opera və vokal ifaçısıyam, Respublika və beynəlxalq müsabiqələrin laureatıyam.

— Bu gün WUF13 çərçivəsində çıxış etdiniz. Təəssüratlarınız necədir?

-Azərbaycanda belə mötəbər beynəlxalq tədbirin keçirilməsi çox sevindiricidir. Şəhərsalma Forumu yüksək səviyyədə təşkil olunub.
Biz gənc ifaçılar olaraq Azərbaycan musiqisini hər zaman təbliğ edirik. Bu gün də beynəlxalq auditoriya qarşısında çıxış etdik. Dostum İsa Məmmədovla birlikdə “Azərbaycanım” mahnısını duet şəklində ifa etdik.

Çox sevindirici haldır ki, xarici qonaqlar çıxışımıza böyük maraq göstərdilər, dayanıb dinləyirdilər. Bu, bizim üçün həm qürurverici, həm də motivasiyaedicidir.

— İsa bəy, siz də özünüzü təqdim edin.

Mən, İsa Məmmədov, gənc ifaçıyam. Bu gün burada olmaq mənim üçün böyük qürurdur. Altun bəylə birlikdə “Azərbaycanım” mahnısını ifa etdik və ölkəmizi layiqincə təmsil etdik.

— Çıxışınız necə qarşılandı?

-Çox yaxşı qarşılandı. Tamaşaçılar tərəfindən böyük maraq və sevgi gördük. Düşünürəm ki, uğurlu bir ifa oldu.

— Altun bəylə neçə vaxtdır birlikdə işləyirsiniz?

-Təxminən 5 ay əvvəl tanış olmuşuq. Bu qısa müddətdə bir neçə layihəyə imza atmışıq, beynəlxalq müsabiqələrdə iştirak etmişik, diplom və təşəkkürnamələr qazanmışıq.

— Altun bəy, Azərbaycan musiqisi haqqında fikirləriniz?

-Azərbaycan musiqisi təkcə klassikadan ibarət deyil. Biz həm opera, həm milli vokal, həm də xalq musiqisini təbliğ edirik. Bir çox əsərləri yeni aranjemanlarda duet şəklində təqdim edirik.
Artıq bir neçə layihəmiz sosial şəbəkələrdə də yayımlanıb. Gələcəkdə daha böyük layihələr planlaşdırırıq.

— WUF13 sizin üçün nə ifadə edir?

-WUF13 təkcə şəhərsalma forumu deyil, həm də mədəniyyətlərin təqdim olunduğu böyük bir platformadır. Burada müxtəlif ölkələr öz mədəni irsini nümayiş etdirir. Bu, çox dəyərli bir mühitdir.

— Aşıq sənəti və saz ifaları haqqında nə deyə bilərsiniz? Çünki bayaq burda aşıq da çıxış etdi.

-Aşıq sənəti Azərbaycan mədəniyyətinin ən qədim sahələrindən biridir. Saz bizə Dədə Qorqud və Koroğlu irsindən qalan müqəddəs musiqi alətidir. Bu irsi qorumaq və tanıtmaq çox vacibdir.

— Son olaraq arzularınız?

-Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə daha geniş tanıdılmasını arzulayıram. Biz də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

Leyla Turan.

Избранный
20
1
azadmedia.az

2Источники