RU

Generaldan xəbərdarlıq

Rusiya ordusu indi 2022-ci ildəkindən daha güclüdür və NATO-nun hələlik üz-üzə gəlmək iqtidarında olmadığı qorxunc bir düşmənə çevrilib.

Publika.az xəbər verir ki, bunu britaniyalı general-leytenant Mayk Elviss "Teleqraf"a açıqlamasında deyib.

O Avropaya da xəbərdarlıq edib. Generalın sözlərinə görə, avropalılar 2022-ci ildəkindən əhəmiyyətli dərəcədə daha təhlükəli hala gəlmiş Rusiya ordusundan ehtiyatlı olmalıdırlar.

"Əgər onları fiziki mənada digərləri ilə müqayisə etsəniz, bu məni qorxutmur. Amma onlar döyüşlərdə möhkəmləniblər və kütləvi şəkildə döyüş sınaqlarından keçiblər. Əslində, ruslar uzun müddətdir ki, bu proseslə üz-üzə qalıblar və belə bir reallıqla yaşayırlar. Onlar son dörd ilin sınaqlarına öyrəşiblər. Bu, qorxunc bir düşməndir!", - Britaniyalı general deyib.

Избранный
18
publika.az

1Источники