RU

İnter fransalı müdafiəçi ilə anlaşdı

Sportal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"İnter" yay transfer pəncərəsi üçün hazırlıqlara hələ mövsümün gedişində başlayıb.

Sportal.az xəbər verir ki, Milan təmsilçisi "Udineze"nin müdafiəçisi Umar Sole haqqında məlumatları araşdırıb və onun nümayəndələri ilə ilk təmasları qurub. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Son günlərdə tərəflər arasında aktiv üçtərəfli danışıqlar aparılıb və bu danışıqların yekununda artıq konkret nəticələr əldə olunub.

"İnter" ​ Soleyə 2031-ci ilə qədər nəzərdə tutulan və illik məvacibi 2,4 milyon avro olan müqavilə təklif edilib. 26 yaşlı mərkəz müdafiəçisi bu şərtlərdən razı qalıb. O, sözləşməyə imza atmağa hazır olduğu bildirib.

"İnter" oyunçunun klubuna 2027-ci ilin fevralından etibarən satınalma öhdəliyi ilə yarımillik icarə təklifi irəli sürüb. "Ağ-qaralar" isə bu təklifi dəyərləndirmək üçün vaxt istəyiblər.

Qeyd edək ki, Sole 2025-ci ilin əvvəlində Avstriyanın "Zalzburq" klubundan ayrıldıqdan sonra azad agent statusu ilə "Udineze"yə qoşulub. Fransalı futbolçu cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
12
1
sportal.az

2Источники