RU

“Kəpəz”lə “Neftçi” üz-üzə - CANLI YAYIM

Misli Premyer Liqasında mövsümün sonuncu – 33-cü turu davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.

Əvvəlcə “Kəpəz” “Neftçi” ilə qarşılaşacaq. Klubların müraciəti, oyunun nəticəsinin turnir cədvəlinə idman prinsipləri baxımından təsir etməməsi səbəbindən Gəncə klubu rəqibini Sumqayıtda qəbul edəcək.

Bu matçın nəticəsindən asılı olmayaraq “Neftçi” mövsümü 4-cü, “Kəpəz” isə 10-cu pillədə başa vuracaq.

Cari mövsüm bu komandaların hər iki oyununda paytaxt klubu qələbə qazanıb. “Ağ-qaralar” rəqibini əvvəlcə 5:1, daha sonra isə 3:1 hesabı ilə məğlub edib.

Günün ikinci matçı da Sumqayıtda keçiriləcək. “Araz-Naxçıvan” “Zirə”ni sınağa çəkəcək. Bu komandaların cari mövsümdəki görüşlərindən ilki heç-heçə (1:1), ikincisi isə “Zirə”nin qələbəsi ilə (1:0) başa çatıb.

Bu görüşün nəticəsi də komandaların turnir cədvəlindəki mövqeyinə təsir etməyəcək. “Zirə” mövsümü 5-ci, “Araz-Naxçıvan” isə 6-cı pillədə tamamlayacaq.

15:00. "Kəpəz" – "Neftçi" 0:0

"Kəpəz" Misli Premyer Liqasının 2025/26 mövsümünün sonuncu - 33-cü turunda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Neftçi"ni qəbul edir.

Sportal.az xəbər verir ki, komandalar saat 15:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Kəpəz”: 81. Elgün Bayramov 99. Əli Səmədov 5. Rauf Hüseynli 88. Şakir Seyidov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 11. Rəhman Hacıyev 29. Dioqo Verdaska (k) 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 17. Ümid Səmədov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 6. Camal Cəfərov 80. Şahnur İsmayılov 57. Amur Yusifov 30. Ruslan Quliyev 83. Raul İsaqov 12. Mahamadu Ba

Baş məşqçi: Azər Bağırov

“Neftçi” 1. Emil Balayev (k) 4. Elvin Camalov 17. Murad Xaçayev 77. Falaye Sako 5. İqor Ribeyro 18. İfeanyi Metyu 33. Breno Almeyda 10. Freddi Varqas 22. Luis Ortis 23. Cordan Rezabala 28. Alessio Kurçi

Ehtiyat oyunçular: 13. Kenan Piriç 95. Eldar Babayev 8. Emin Mahmudov 15. Elvin Bədəlov 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 14. Edvin Kuç 6. Sessi Dalmeyda 24. Mustafa Sek 70. Andrey Ştoqrin 11. İmad Faraj

Baş məşqçi: Yuri Vernidub

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

19:00. Araz-Naxçıvan – Zirə
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam M.əmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: İmanxan Sultani.
“SOCAR Polymer Arena”

Избранный
42
sportinfo.az

1Источники