RU

SpaceX Starship-in 12-ci test uçuşunu tamamladı

SpaceX Starship-in 12-ci test uçuşunu tamamladı

ABŞ-li milyarder İlon Maskın Baş İcraçı Direktoru (CEO) olduğu kosmik və aviasiya şirkəti SpaceX-ə məxsus Starship raketi 12-ci test uçuşunu həyata keçirib.

AFN.az xəbər verir ki, ABŞ-nin Texas ştatındakı Starbase müəssisəsindən buraxılan Starship raketinin test uçuşunun detalları şirkət tərəfindən paylaşılıb.

Məlumata görə, 20 Starlink test peykini daşıyan Starship-in üçüncü versiyası dünən yerli vaxtla saat 17:30-da uçurulub. Uçuş zamanı Starship-in bəzi mühərrik nasazlıqları yaşadığı, eniş nöqtəsi olan Hind okeanına düşərək gözlənilməz şəkildə alovlandığı bildirilib.

ABŞ Milli Aeronavtika və Kosmik İdarəsinin (NASA) direktoru Jared Isaakman isə Starship-in Aya bir addım daha yaxınlaşdığını bildirib.

Starship 16 yanvar 2025-ci ildə keçirilən 7-ci, 7 mart 2025-ci ildə keçirilən 8-ci və 28 may 2025-ci ildəki 9-cu test uçuşlarında parçalanmışdı. Starship raketinin 10-cu test uçuşu Texasdakı buludlu hava səbəbilə təxirə salınmış, daha sonra uğurla tamamlanmış, 11-ci test uçuşu isə 13 oktyabr 2025-ci ildə uğurla həyata keçirilmişdi.

Избранный
38
afn.az

1Источники