ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
"Beynəlxalq şirkətlərin iştirakı ilə dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında duzsuzlaşdırma layihəsinin icrasına başlanılıb".
Avtosfer.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib.
O bildirib ki, layihə çərçivəsində ildə təxminən 100 milyon kubmetr həcmində içməli suyun istehsalı və şəbəkəyə ötürülməsi nəzərdə tutulur:
"Eyni zamanda, həmin duzsuzlaşdırma zavodundan Ceyranbatan Su Təmizləyici Qurğular Kompleksinə qədər magistral su xəttinin layihələndirilməsinə də başlanılıb. Bu layihənin həyata keçirilməsi nəticəsində Bakı və ətraf ərazilərdə mövcud içməli su təminatının təxminən 25% artırılması mümkün olacaq".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.