RU

Azərbaycan Hərb Tarixi Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan Hərb Tarixi Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş "Muzeylər dünənimiz və sabahımızdır” adlı tədbir keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Nazirliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri, Həzi Aslanov adına Ordu və İdeoloji Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi iştirak edib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər muzeylərin nəsillər arasında körpü və ən yaxşı bələdçi olduğunu, milli yaddaşımızın, qəhrəmanlıqla dolu keçmişimizin, hərb tariximizə dair qiymətli eksponatların mühafizəsində və nümayişində mühüm rol oynadığını bildiriblər.

Sonra tədbir iştirakçılarına Beynəlxalq Muzeylər Gününə həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib.

Sonda vətənpərvərliyi tərənnüm edən musiqi nömrələri təqdim edilib.

Избранный
2
3
azertag.az

5Источники