RU

Vernidubun yay planı – Rza Cəfərov qərarı

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub növbəti mövsümün heyət planlamasına start verib. Ukraynalı mütəxəssis artıq bəzi oyunçular barədə qərarını qətiləşdirib.

Onlardan biri də komandanın qapıçısı Rza Cəfərovdur. Vernidub icarə əsasında “Qəbələ”də çıxış edən millimizin üzvünü diqqətdə saxlayıb. O, növbəti mövsüm üçün gənc qolkiperə şans verməyi düşünür.

Baş məşqçi Cəfərovla heyətdə rəqabətin artacağına inanır. Onu heyətdə saxlamaq və oyunçuya şans verməyin tərəfdarıdır. Ancaq bunun üçün əvvəlcə futbolçu özünü göstərməlidir.

Rzanın yayda “Neftçi”yə qayıdacağı dəqiqdir. Hazırda o, bir neçə klubun diqqət mərkəzindədir. Ancaq qolkiper ukraynalı mütəxəssisin istəyi ilə yay toplanışını “Neftçi”də keçirəcək. Bu müddətdə Cəfərov üçün bütün təkliflər geri çevriləcək.

Məhz yay toplanışından sonra Vernidubun raportu əsasında Rza Cəfərovun klubdakı gələcəyi bəlli olacaq.

Həsən Quluzadə / İdmanxeber.az 

Избранный
100
idmanxeber.az

1Источники