RU

“Zirə” bunu bacaran 10-cu komanda oldu

Misli Premyer Liqasının XXXIII turunun “Araz-Naxçıvan”la səfər oyununda vurulan sonuncu qol “Zirə” üçün əlamətdar olub.

Apasport.az xəbər verir ki, qəsəbə klubu Premyer Liqada 400-cü dəfə qol sevinci yaşayıb.

Yubiley topuna Junior Martins imza atıb. Bununla da “Zirə” Azərbaycan çempionatları tarixində yüksək dəstədə 400 və daha çox qol vuran 10-cu komanda olub.

Bakı klubunun 400-cü qolu Premyer Liqadakı 337-ci matça təsadüf edib. Qəsəbə komandası evdə 218, səfərdə 182 dəfə fərqlənib.

Debütü 2015/16 mövsümünə təsadüf edən klubun Premyer Liqadakı ilk qoluna Viktor İqbekoyi imza atıb. O, 2015-ci il avqustun 9-da AZAL-la ev görüşünün (1:0) 5-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

Qeyd edək ki, “Zirə” “Araz-Naxçıvan”la səfər görüşündə 2:3 hesabı ilə uduzub.

Andrey Demçenko: “Layiqli qələbə qazandıq”

Rəşad Sadıqov: “Üç cəbhədə də sona qədər mübarizə apardıq”

Yığmamızın Türkiyə toplanışı üçün yekun heyəti müəyyənləşib

“Araz-Naxçıvan” 3 xalı 3 qolla qazandı - YENİLƏNİB

Azər Bağırov: “Çempion olaq, avrokuboklara vəsiqə qazanaq, amma nə ilə?”

Избранный
4
9
apasport.az

10Источники