RU

“Real”ın yetirməsi “Barselona”ya keçə bilər

ain.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Tottenhem”in futbolçusu Serxi Regilon karyerasını İspaniyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Barselona” sol cinah müdafiəçisinin xidmətində maraqlıdır. Bu barədə “Sky Sports” məlumat yayıb. Klub nümayəndələri 27 yaşlı müdafiəçinin meneceri ilə danışıqlara başlayıb.

Regilon ötən mövsümü icarə əsasında “Brentford”da keçirib. O, 16 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb.

İspan futbolçu “Real”ın yetirməsidir. O, daha öncə bu ölkədə “kral klubu” ilə yanaşı, “Atletiko”da da forma geyinib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
91
futbolpress.az

1Источники