RU

Kürdəmirdə 21 yaşlı qadın əri tərəfindən öldürüldü

ain.az bildirir, Unikal.az portalına istinadən.

Kürdəmir rayonunda qətl hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb.

21 yaşlı Bəşirova Lamiyə qətlə yetirilib.

Onun hadisəni törətməkdə şübhəli bilinən əri, Bəşirov Natiq Araz oğlu rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İddialara görə, boşanma ərəfəsində olan Lamiyə marketdə işə düzəldiyi üçün əri tərəfindən bıçaqlanaraq öldürülüb. Cütlük 2024-cü ildə ailə qurub və onların yaş yarımlıq övladları var.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
9
unikal.az

10Источники