Ajans.az xəbər verir ki, sözügedən hadisə paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev 39 ünvanındandır.Sakinlər deyirlər ki, bir necə gündür yaşadıqları mərtəbələrə çıxıb-düşməkdə çəkinlik çəkirlər.1 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı idarəsindən sorğumuza cavab olaraq bildirildi ki, Nizami rayonu, Bəhruz Nuriyev 39 ünvanındakı 5 mərtəbəli yaşayış binasının ikinci girişində may ayının 21-də pilləkan qəfəsində çökmə baş verib. Dərhal təmizlik işləri aparılıb, pilləkənin hörgü işlərinə başlanılıb.Bina 123 saylı Mənzil Kommunal İstismar sahəsinin balansındadır, yaxın günlərdə pilləkənin tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə veriləcək.