ABŞ Prezidenti Donald Tramp İranla sazişin hələ tam yekunlaşdırılmadığını bildirib.
O, bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.
“Əgər İranla saziş bağlasam, bu, yaxşı və düzgün bir razılaşma olacaq, Obamanın (ABŞ-nin 44-cü Prezidenti Barak-red) etdiyi kimi İrana külli miqdarda pul qazandıran və nüvə silahı əldə etməsinə yol açan bir razılaşma olmayacaq“, – Tramp yazıb.
O, əlavə edib ki, potensial razılaşmanın hazırkı versiyasını hələ heç kim görməyib və tam yekunlaşdırılmayıb.
“Heç nə bilmədikləri şeyləri tənqid edən məğlublara qulaq asmayın. Məndən əvvəl gələn və illər əvvəl bu problemi həll etməli olanlardan fərqli olaraq, mən pis sazişlər bağlamıram”, – ABŞ lideri qeyd edib.