ain.az, Demokrat.az saytına istinadən bildirir.
Kanal D-nin məşhur “Eşref Rüya” serialında vəkil Gonca obrazı ilə diqqət çəkən aktrisa Ebru Aytemur verdiyi müsahibədə həm şəxsi həyatı, həm də canlandırdığı obraz barədə maraqlı açıqlamalar edib.Aktrisa bildirib ki, real həyatda toksik münasibətlər ona çox uzaqdır:“Gerçək həyatda toksik münasibətlərdən ürəyim bulanır. Belə münasibəti əsla qəbul etmərəm. Aşiq olmaq insanın özündən vaz keçməsi demək deyil”.Ebru Aytemur serialdakı Gonca və Gürdal münasibətini “təhlükəli və manipulyativ əlaqə" kimi xarakterizə edib. Onun sözlərinə görə, Gonca güclü qadın olsa da, daxilində böyük boşluq və çatışmazlıq hissi yaşayır:“İşində uğurlu, güclü qadındır, amma şəxsi həyatında həmişə natamam qalıb. Qarşısındakı kişinin o boşluğu dolduracağına inanır. Amma eyni zamanda manipulyasiya olunur”.Məşhur aktrisa sevginin insanı təhlükəli nöqtəyə sürükləyə biləcəyini də etiraf edib:“Aşk təhlükəli hissdir. İnsan ‘mən əsla etmərəm’ dediyi şeyləri belə edə bilir. Amma indi əvvəlki kimi deyiləm, artıq özümü qorumağı öyrənmişəm”.Gonca obrazının ona bənzəmədiyini deyən aktrisa məhz buna görə rolu sevərək qəbul etdiyini vurğulayıb:“Gonca çox sərt, dalğalı və emosional biridir. Mən isə real həyatda daha kontrollu insanam. Manipulyasiya hiss etdiyim anda həmin münasibəti bitirərəm”.Serialdakı ağır səhnələrin onu psixoloji baxımdan çətin vəziyyətə saldığını da deyən Ebru Aytemur xüsusilə uşaqla bağlı səhnələrin təsirindən danışıb:“O səhnələr məni çox sarsıtdı. İtki hissini həyatda yaşamış biri kimi o emosiyanı dərindən hiss etdim”.Aktrisa real həyatda Gürdal kimi biri ilə münasibət qurmayacağını da açıq şəkildə deyib:“Qaçardım. Həm də arxama baxmadan. O adamda bütün ‘red flag’lər var — xəyanət, manipulyasiya, şiddət…”İqtisad fakültəsini bitirdiyini deyən aktrisa aktyorluğun uşaqlıq arzusu olduğunu bildirib. Ailəsinin əvvəlcə bu qərara qarşı çıxdığını deyən Ebru, sonradan onları razı sala bildiyini vurğulayıb:“Ailəm əvvəlcə daha ‘təhlükəsiz’ peşə istəyirdi. Diplomamı aldıqdan sonra isə öz yolumu seçdim. İndi xoşbəxtdirlər, çünki bu işi nə qədər sevdiyimi görürlər”.Atasını gənc yaşda kolon xərçəngindən itirdiyini də danışan aktrisa yaşadığı ağrıların onu daha güclü etdiyini bildirib.Son dövrlər seriallardakı şiddət səhnələri ilə bağlı müzakirələrə də münasibət bildirən Ebru Aytemur bütün məsuliyyətin serialların üzərinə atılmasının doğru olmadığını deyib:“Biz münasibətlərin qaranlıq tərəflərini romantikləşdirmək üçün yox, əksinə göstərmək üçün çalışırıq. Bütün problemlərin səbəbini seriallarda axtarmaq doğru deyil”.Aktrisa hazırda həyatında eşq olmadığını desə də, “gözəl bir şey qarşıma çıxsa, əlbəttə istəyərəm” sözləri ilə sevgiyə qapısını bağlamadığını bildirib.İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.