RU

Rusiya Britaniya müdafiə nazirinin təyyarəsinin "GPS"-ni blokladı...-"BBC"

Rusiya Britaniya Müdafiə Naziri Con Heylinin olduğu Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin GPS siqnalını Rusiya sərhədi yaxınlığında uçarkən bloklayıb.

Moderator.az "Ukrainskaya pravda" ya istinadla xəbər verir ki, bu haqda "BBC" məlumat yayıb.

Təfərrüatlar: 

Hadisə, 21 may Cümə axşamı günü, Heylinin Estoniyada Rusiya sərhədi yaxınlığında NATO təlimlərində iştirak edən Britaniya qoşunlarını ziyarət etdikdən sonra Böyük Britaniyaya dönüşü zamanı baş verib. Üç saatlıq uçuş zamanı təyyarənin "GPS"-i sıradan çıxıb və pilotlar fərqli naviqasiya sistemindən istifadə etməyə məcbur olublar.

Müdafiə Nazirinin olduğu təyyarənin Rusiya hərbçiləri tərəfindən qəsdən hədəfə alınıb-alınmadığı hazırda məlum deyil. Lakin jurnalistlər qeyd edirlər ki, hökumət təyyarəsinin marşrutu ictimai uçuş izləmə veb-saytlarında asanlıqla izlənilə bilərdi.

Bundan əvvəl nələr baş verib?

Bu, ilk belə hadisə deyil. 2024-cü ildə ruslar eyni şəkildə o vaxtkı Britaniya Müdafiə Naziri Qrant Şappsı daşıyan Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin "GPS" siqnalını bloklayıblar. 2025-ci ilin sentyabrında Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin olduğu təyyarə Bolqarıstana gedərkən eniş etməyə məcbur olub və Rusiyanın müdaxiləsinin nəticəsi olduğu düşünülən "GPS" pozuntuları səbəbindən kağız xəritələrə etibar edib.

2025-ci ildə 13 Aİ ölkəsi Avropa Komissiyasını Aİ-də Qlobal Naviqasiya Peyk Sisteminin (GNPS) işindəki fasilələrlə bağlı tədbir görməyə çağırıb.

Estoniya Rusiyanın "GPS" siqnallarına müdaxiləsinin beynəlxalq hüququn pozulması olduğunu bildirib.
Bu arada Finlandiya "GPS" müdaxiləsinə qarşı mübarizə aparmaq üçün bir cihaz üzərində işləyir.

S.Laçın

Избранный
31
1
moderator.az

2Источники