RU

Serbiya Prezidenti Aleksandr Vuçiç tutduğu vəzifəsindən istefa verməyə hazırlaşır

ain.az bildirir, Oxumeni.az portalına istinadən.

Serbiya Prezidenti Aleksandr Vuçiç tutduğu vəzifəsindən istefa verməyə hazırlaşır

Serbiya Prezidenti Aleksandr Vuçiç tezliklə istefa verə biləcəyini açıqlayıb. O, bu açıqlamanı Çinə səfəri zamanı verib.

Pekində jurnalistlərə danışan Vuçiç prezidentlik müddətinin başa çatdığını açıqlayıb və vaxtından əvvəl istefa verə biləcəyini bildirib.

"Tezliklə istefa verə bilərəm", - deyə o bildirib.

O, həmçinin vurğulayıb ki, 2012-ci ildə prezidentlik müddətinin bitməsinə 10 ay qalmış prezident və parlament seçkiləri zamanı partiyasının mövqeyini gücləndirmək üçün istefa verən keçmiş prezident Boris Tadiçin atdığı addımı atmayacaq.

Xatırladaq ki, bundan əvvəl Serbiyada Vuçiçə qarşı genişmiqyaslı etiraz aksiyası keçirilmişdi. Bu etiraz aksiyası bir ildən çoxdur ki, kütləvi hökumət əleyhinə etirazlara rəhbərlik edən qeyri-rəsmi tələbə qrupu tərəfindən təşkil olunmuşdu. Bu etirazlar 2024-cü ilin sonundan bəri davam edir və 16 nəfərin ölümünə səbəb olan qatar stansiyasının damının uçmasından sonra baş verir.

Bundan əvvəl Vuçiç erkən parlament seçkiləri elan etmişdi. Seçkilər bu ilin sentyabr ayının sonundan noyabr ayının ortalarına qədər keçirilə bilər.

Əziz MUSTAFA

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
1
oxumeni.az

1Источники