RU

Avropanın üç nəhəngi Atletiko nin hücumçusuna elçi düşüb

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Madrid "Atletiko"sunun hücumçusu Julian Alvares yay "transfer pəncərəsi"ndə klubdan ayrılmaq niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, argentinalı hücumçu Dieqo Simeone ilə işləməkdə özünü rahat hiss etmir və şəxsən transfer üçün çalışır. Bildirilir ki, üç klub oyunçuya ciddi maraq göstərir: PSJ, "Arsenal" və "Barselona".

Julianın nümayəndələri PSJ-nin baş məşqçisi Luis Enrikenin oyunçuya şəxsi mesaj göndərdiyini təsdiqləyiblər, "topçular"ın baş məşqçisi Mikel Arteta isə mart-may ayları arasında argentinalı ilə əlaqə saxlayıb. "Barselona"nın idman direktoru Deko da "Atletiko"nun Çempionlar Liqasının yarımfinalında "Arsenal"a qarşı oyunundan əvvəl Alvaresin agentinə zəng edərək, fürsət yaranarsa, "Barselona"nın transferlə maraqlı olduğunu bildirib.

Qeyd edək ki, Alvares bu mövsüm 49 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Alvaresin "Atletiko" ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" 26 yaşlı argentinalını 90 milyon avro dəyərində qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
sport24.az

1Источники