RU

Azərbaycan artıq münaqişə ölkəsi yox, regional mərkəz kimi tanınır

ain.az, Demokrat.az saytına istinadən bildirir.

“Artıq Azərbaycanın belə mötəbər tədbirlərə ev sahibliyi etməsi ənənəvi hal alıb. Davamlı olaraq ölkəmizdə bir çox beynəlxalq əhəmiyyətli tədbirlər keçirilir. Avroviziya Mahnı Müsabiqəsi, müxtəlif qlobal forumlar və beynəlxalq yarışlar buna nümunədir. Azərbaycan artıq bu sahədə böyük təcrübə qazanıb. COP29 da bunun növbəti nümunəsidir”.Bunu deputat Ceyhun Məmmədov Demokrat.az-a açıqlamasında bildirib.O deyib ki, bu dəfə də Azərbaycan növbəti beynəlxalq tədbirə uğurla ev sahibliyi etdi:“Bu, ölkəmizə olan inamın, etimadın və hörmətin göstəricisidir. Eyni zamanda onu göstərir ki, Azərbaycan istənilən beynəlxalq tədbiri yüksək səviyyədə təşkil etmək imkanına və gücünə malikdir. Bütün bunlar ölkəmizin beynəlxalq nüfuzunun artdığını nümayiş etdirir. Prezidentin rəhbərliyi ilə Azərbaycan artıq münaqişə ölkəsi kimi deyil, beynəlxalq tədbirlərin keçirildiyi mühüm məkan və regional mərkəz kimi tanınır. Ölkəmiz bu sahədə imkanlarını davamlı şəkildə genişləndirir. Ayrı-ayrı ölkələrin liderlərinin və qonaqların səsləndirdiyi fikirlər də Azərbaycanın bu tədbirin öhdəsindən uğurla gəldiyini təsdiqləyir”.O qeyd edib ki, bu tədbirlərdə indiyədək görünməmiş sayda iştirakçı yer alıb:“Hər gün on minlərlə insan tədbiri ziyarət edib. Ümumilikdə xaricdən 40 mindən artıq qonağın, müxtəlif ölkə rəhbərlərinin, prezidentlərin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etməsi bunu bir daha sübut edir. Bütün bunlar göstərir ki, Azərbaycan davamlı inkişaf edir, öz gücünü, imkanlarını və uğurlarını artırır. Gələcəkdə də bu uğurların daha da genişlənəcəyi və Azərbaycanın beynəlxalq mötəbər tədbirlərə ev sahibliyini davam etdirəcəyi gözlənilir”.Qeyd edək ki, WUF13 (XIII Ümumdünya Şəhərsalma Forumu) 17-22 may 2026-cı il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində, Bakı Olimpiya Stadionunda keçirilən urbanizasiya və davamlı şəhər inkişafı üzrə dünyanın ən nüfuzlu qlobal konfransıdır. UN-Habitat və Azərbaycan Hökumətinin birgə təşkil etdiyi bu mötəbər tədbir "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" şüarı altında keçirilib. Forum çərçivəsində rəqəmsal transformasiya, yaşıl enerji keçidi və gələcəyin smart şəhər modelləri qlobal şəhərsalma siyasətinin mərkəzində dayanır. İlk dəfə Liderlər Sammiti formatında təşkil olunan konfransda 180-dən çox ölkədən rekord sayda ekspert və rəsmi nümayəndə iştirak edib. Azərbaycan bu platformada Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, həmçinin "Ağıllı şəhər" təcrübəsini dünya ictimaiyyətinə uğurla təqdim edib. Yekunda qəbul edilən "Bakı Bəyannaməsi" isə gələcək inklüziv urbanizasiya və qlobal mənzil təminatı sahəsində dünya ölkələri üçün əsas strateji yol xəritəsi rolunu oynayacaq.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
38
demokrat.az

1Источники