RU

Konte "Napoli"dən ayrıldı - Özü açıqladı

Antonio Konte artıq "Napoli"nin baş məşqçisi deyil. 

Fanat.Az xəbər verir ki, o, bunu mövsümün final fitindən sonra özü açıqlayıb. 

Məşqçi qərarını "Udineze" üzərində 1:0 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında elan edib. Mətbuat konfransında klub prezidenti Aurelio De Laurentiis də iştirak edib:

"Bir ay əvvəl prezidentə zəng etdim və ondan heç nə istəmədim. Sadəcə dedim: "Dostluğumuzu nəzərə alsaq, buradakı səyahətim başa çatır". Başqa müzakirələrlə maraqlanmırdım, çünki bu, artıq qəti şəkildə verdiyim bir qərar idi.
Komanda ətrafında yaranmış atmosferi dəyişə, birlik gətirə bilmədim. Birlik olmayanda isə digər komandalarla mübarizə aparmaq inanılmaz dərəcədə çətinləşir. Komandanın ətrafında çoxlu zəhər var və "Napoli"nin bu nifaq salan məğlublara ehtiyacı yoxdur".

Xatırladaq ki, Antonio Konte 2024-cü ilin yayında "Napoli"nin baş məşqçisi idi və bu müddətdə neapollulara çempionluq qazandırıb. Onun komandası cari mövsümdə ikinci yeri tutub.

Mirağa

Избранный
3
1
fanat.az

2Источники