
Serbiya Prezidenti Aleksandr Vuçiç tezliklə istefa verə biləcəyini bildirib.
Missiya.Az xəbər verir ki, o bu barədə Pekində jurnalistlərə müsahibəsi zamanı məlumat verib.
“Tezliklə istefa verə bilərəm”, - deyə siyasətçi vurğulayıb.
Vuçiç sabiq Prezident Boris Tadiçin nümunəsini izləyərək səlahiyyətlərini məhdudlaşdırmağı planlaşdırmadığını əlavə edib.
Vuçiç həmçinin hakim Serbiya Tərəqqipərvər Partiyasının iclasının 26-28 iyun tarixlərində keçiriləcəyini açıqlayıb. O, bu tədbirlərdən sonra Serbiya vətəndaşlarına göndərilən mesajların iştirakçıların sayından daha vacib olacağını qeyd edib.
Xatırladaq ki, Vuçiçin səlahiyyət müddəti 2027-ci ilin yazında bitir.
Daşqın Həsənov
Missiya.Az