RU

Rusiya gecə ərzində Ukraynaya 262 pilotsuz uçuş aparatı buraxıb

Rusiya

Mayın 25-nə keçən gecə Rusiya Ukraynaya "Şahid", "Gerbera", "İtalmas" tipli 262 zərbə PUA-sı və "Parodiya" tipli daxili imitasiya dronları ilə hücum edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Hava hücumunun qarşısı Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası, zenit-raket qoşunları, REB (Radioelektron Mübarizə) və pilotsuz sistemlər bölmələri, həmçinin mobil atəş qrupları tərəfindən alınıb.

İlkin məlumatlara görə, saat 08:00-a olan vəziyyətə əsasən, ölkənin şimalında, cənubunda və şərqində 246 PUA hava hücumundan müdafiə vasitələri ilə vurulub və ya zərərsizləşdirilib.

9 məkanda 10 zərbə PUA-sının hədəfə dəyməsi, həmçinin 7 məkanda vurulmuş dronların qalıqlarının düşməsi qeydə alınıb.

"Hücum davam edir, hava məkanında düşmənin bir neçə PUA-sı var. Təhlükəsizlik qaydalarına riayət edin!" — deyə Baş Qərargah bildirir.

Məryəm Quliyeva

Избранный
26
1
xalqcebhesi.az

2Источники