RU

FHN: Ötən həftə 27 nəfər xilas edilib, 9 nəfərin meyiti təhvil verilib - VİDEO

BAKI, 25 may. TELEQRAF

Ötən həftə ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən 179 yanğına çıxış, 24 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dən Teleqraf-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 5-i azyaşlı olmaqla 27 nəfər xilas edilib, 9 nəfərin meyiti təhvil verilib.

Избранный
46
49
teleqraf.com

10Источники