RU

CBS News: İranın ali rəhbəri bilinməyən məkanda gizlənir və kuryerlərlə əlaqə saxlayır...

ABŞ kəşfiyyatına istinadən yayılan məlumatda İran rəhbərliyinin yüksək səviyyədə izolyasiya olunduğu bildirilir...

Poliqon xəbər verir ki, CBS News telekanalının ABŞ kəşfiyyatına istinadən İranın ali dini lideri Müctəba Xamenei ilə bağlı diqqətçəkən məlumat yayıb.

Məlumata görə, Xamenei guya naməlum və gizli yerdə sığınır, xarici dünya ilə əlaqəni isə yalnız kuryerlər vasitəsilə həyata keçirir. İddialarda onun təhlükəsizlik məqsədilə ciddi izolyasiya şəraitində saxlandığı bildirilir.

CBS News-un yazdığına əsasən, İran rəsmiləri ABŞ ilə aparılan danışıqlar zamanı daxili kommunikasiya çətinlikləri ilə üzləşir. Bu vəziyyətin Vaşinqton tərəfindən göndərilən təkliflərin cavablandırılmasını ləngitdiyi iddia olunur.

Həmçinin qeyd edilir ki, İranın yüksək vəzifəli şəxslərinin böyük hissəsi ciddi təhlükəsizlik rejimi altında işləyir, uzun müddət yeraltı bunkerlərdə və ya məxfi obyektlərdə qalır, bir-biri ilə birbaşa əlaqədən isə mümkün qədər çəkinirlər.

Məlumatda vurğulanır ki, ən sərt təhlükəsizlik tədbirləri məhz ali lider səviyyəsində tətbiq olunur və hətta yüksək rütbəli məmurların belə onun yerləşdiyi yer barədə məlumata malik olmadığı iddia edilir.

Hazırda bu iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Poliqon.info

Избранный
16
poliqon.info

1Источники