RU

Qayınanasının dəfninə gələn kürəkənin başını timsah yedi

Hindistanda timsah dəfn mərasiminə hücum edib.

Publika.az xəbər verir ki, yırtıcı bir kişini tutub çaya sürükləyə bilib. O, mərhum qadının kürəkəni olub. “The Times of India” qəzeti xəbər verir ki, 30 yaşlarında olan Böyük Noida sakini qayınanası Urmila Devinin dəfn mərasimində iştirak etmək üçün həyat yoldaşı və qızı ilə birlikdə gəlibmiş.

Hadisə Qanqhara çayının sahilində, kremasiya mərasiminə hazırlıqlar görülərkən baş verib. Bildirilir ki, timsah kişinin başından tutub və onu heyvanın çənələrindən çıxarmaq mümkün olmayıb.

Kişinin cəsədi bir neçə gün sonra, hadisə yerindən bir qədər aralıda tapılıb və sudan çıxarılıb.

Publika.az

Избранный
15
publika.az

1Источники