RU

Nyu-Yorkdakı Azərbaycan Yəhudi İcması 28 May - Müstəqillik Gününü qeyd edib

Nyu-Yorkdakı Azərbaycan Yəhudi İcması 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirib.

"Far.Az" xəbər verir ki, tədbirdə Azərbaycan və yəhudi diasporunun nümayəndələri, ictimai xadimlər, həmçinin yerli sakinlər iştirak ediblər.

Onların arasında Azərbaycanın ABŞ-dakı səfirliyinin birinci katibi Rəşad Eyvazov, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin əməkdaşları Tale Əliyev və Elçin Baxşəliyev, eləcə də "Bukharian Times" qəzetinin baş redaktoru Rafael Niktalov da olub.

Tədbir Azərbaycan və ABŞ Fövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra İsraildə yaşayan Azərbaycan diasporunun fəallarından biri, "Azİz" Assosiasiyasının vitse-prezidenti və İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Yeganə Salman tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, İsraildə çapdan çıxmış "Azərbaycan yəhudiliyinin çiçəklənməsi" kitabını təqdim edib.

Kitab Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda dövlət vəzifələrində çalışmış, ictimai fəaliyyətlə məşğul olmuş tanınmış yəhudilər haqqında ensiklopedik məlumatlardan ibarətdir. Nəşrdə Azərbaycandakı çoxəsrlik tolerantlıq ənənələri, eləcə də yəhudi icmasının ölkənin ictimai-siyasi və mədəni həyatındakı rolundan bəhs olunub.

Избранный
34
far.az

1Источники