RU

Hindistanda pələng dörd qadını parçaladı...



Hindistanın Maharaştra ştatında pələng insanlara hücum edib. “The Indian Express” nəşri yazır ki, hadisə Çandrapur rayonunda qadınların yarpaq topladığı meşə ərazisində baş verib.

Məlumata görə, pələng səhər saatlarında qəfil hücum edib. Dörd qadın hadisə yerində həyatını itirib, digər doqquz nəfər isə qaçaraq xilas ola bilib.

Qeyd edilir ki, Maharaştra ştatında pələng hücumu nəticəsində eyni vaxtda dörd nəfərin həlak olması olduqca nadir hadisədir.

ZÜMRÜD

Избранный
2
2
baki-xeber.com

4Источники