Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreyn liderləri ilə keçirdiyi telefon konfransında bildirib ki, İranla qarşıdurma başa çatdıqdan sonra hələ də “İbrahim sazişi”nə
qoşulmayan ölkələrin İsraillə münasibətləri normallaşdıracağını gözləyir.
KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Barak Ravid iki yüksək vəzifəli ABŞ rəsmisinə istinadən məlumat verib.
Mənbələrin sözlərinə görə, İsraillə diplomatik münasibətləri olmayan Səudiyyə Ərəbistanı, Qətər və Pakistan liderləri bu çağırış qarşısında çaşqınlıq yaşayıblar.
ABŞ rəsmilərindən birinin dediyinə görə, “xəttdə bir anlıq sükut yaranıb və Tramp zarafatla hamının hələ də bağlantıda olub-olmadığını soruşub”.
İbrahim sazişi 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə İsrail, BƏƏ, Bəhreyn və Mərakeş arasında diplomatik münasibətlərin qurulması məqsədilə imzalanıb. 2021-ci ildə Sudan da bu prosesə qoşulub. Sazişin adı yəhudilərin və bir sıra ərəb tayfalarının ulu babası hesab olunan İbrahim peyğəmbərin adına istinad edir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.