Rusiya Baltikyanı ölkələrdə rusdilli insanların hüquqlarının pozulması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edəcək.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) "İzvestiya" qəzetinə məlumat verib.
“Biz dəfələrlə Latviya, Litva və Estoniyanı bu davam edən pozuntulara görə beynəlxalq səviyyədə məsuliyyət daşımağa çağırmışıq”, - açıqlamada deyilir.
Xarici İşlər Nazirliyi münaqişənin sülh yolu ilə həlli üçün bütün cəhdlərin uğursuz olduğunu qeyd edərək, Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmək qərarına gəlib.