RU

“TransLogistica Caspian” 23 cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisini baş tutacaq

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 25 may, AZƏRTAC

1-3 iyun tarixlərində Bakı Ekspo Mərkəzində region üçün strateji əhəmiyyət daşıyan “TransLogistica Caspian” – 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika - “TransLogistica Caspian” sərgisinin layihə rəhbəri Ləman Ağayeva Bakı Enerji Həftəsi və "TransLogistica Caspian"-23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, üç gün davam edəcək sərgidə Azərbaycanla yanaşı Belarus, Qazaxıstan, Çin, Gürcüstan, Türkiyə, Rusiya, Litva və Lüksemburqdan olan şirkətlər iştirak edəcək.

“Yükdaşıma və logistika xidmətləri sektoru “Abşeron Logistika Mərkəzi”, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası, “Aznur Logistics”, “GLT Transport”, “Heritus Logistics”, “Sara Logistics”, “Yüktaksisi.az” MMC, Çindən “CHANGSHA TRANSASIA TRANSPORT INTERNATIONAL LOGISTICS CO., LTD” və digər şirkətlər tərəfindən təmsil olunacaq. Sərgidə, həmçinin dünya miqyasında nəqliyyat və logistika sahəsinin lider şirkətlərindən biri olan “Mediterranean Shipping Company” (MSC) də iştirak edəcək. Bununla yanaşı, Belarusun Nəqliyyat və Kommunikasiya Nazirliyi və Belarus Dəmir Yolları da tədbirdə iştirak edəcək”,- deyə o qeyd edib.

Qeyd edək ki, “TransLogistica Caspian” sərgisinin təşkilatçıları “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Cem FZ LLC” şirkətləridir.

Operator: Vüsal Tağıyev

Fotoqraf: Tofiq Babayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
1
3
azertag.az

4Источники