RU

Pələng 4 qadını parçaladı

Hindistanın Maharaştra əyalətində pələngin hücumuna məruz qalan dörd qadın ölüb.

Azpost.info bildirir ki, bu barədə “The Indian Express” mənbələrə istinadən xəbər verir.

Qəzet bildirir ki, Maharaştranın Çandrapur rayonunda pələng və onun balalarının hücumu nəticəsində dörd qadın həlak olub. Bu hadisə rayonda bu il baş verən yeddinci ölümcül pələng hücumudur.

Hadisə 22 mayda baş verib. 13 qadından ibarət qrup yarpaq yığarkən pələngin hücumuna məruz qalıb. Doqquz qadın qaçmağı bacarıb.

“Kənd Brahmapur meşə silsiləsinə bitişikdir. Orada bir pələng və üç baladan ibarət pələng ailəsi aşkar etmişdik. Kəndlilərə hələlik meşəyə girməmələri barədə xəbərdarlıq etmişik”, – deyə meşələrin baş mühafizəçisi bildirib.

Hadisədən sonra hakimiyyət orqanları qurbanların hər bir ailəsi üçün 25.000 rupi məbləğində təcili maliyyə yardımı elan edib. Bundan əlavə ərazidə nəzarət də gücləndirilib: meşədə və ətrafında üç CCTV kamerası və 30 kamera tələsi quraşdırılıb. Sakinlərə təhlükənin aradan qalxdığı təsdiqlənənə qədər meşəyə girmək qadağandır.

AzPost.az

Избранный
27
1
azpost.info

2Источники