RU

“Azercell”dən HONOR smartfonlarına xüsusi kampaniya

“Azercell Telekom” MMC HONOR smartfonları üçün xüsusi kampaniyaya start verir.
Kampaniya çərçivəsində HONOR X seriyasına aid seçilmiş smartfon modellərindən birini əldə edən abunəçilərə 6 ay müddətində hədiyyə internet təqdim olunacaq. Smartfon modelindən asılı olaraq istifadəçilər hər ay 6 GB və ya 12 GB internet paketi, həmçinin eksklüziv HONOR bel çantası əldə edəcəklər. İnternet paketi 6 ay müddətində ödənişsiz şəkildə təqdim edilir və hər 28 gündən bir avtomatik yenilənir. Kampaniya müddəti başa çatdıqdan sonra isə abunəçilər internet paketindən növbəti 6 ay ərzində 20% endirimlə yararlanmaq imkanı əldə edəcəklər. Kampaniya Azercell-in rəsmi satış və xidmət mərkəzlərində keçərlidir.

Daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/campaigns/special-offers/honor-ile-xususi-kampaniya.html

Избранный
1
13
buta.tv

10Источники