RU

Serenay Sarıkaya SAXLANILDI

Türkiyədə narkotik əməliyyatları çərçivəsində haqqında həbs qərarı çıxarılan aktrisa Serenay Sarıkaya, xaricdən qayıtdıqdan sonra İstanbulda saxlanılıb.

Far.Az xəbər verir ki, mayın 21-də İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonları ilə yanaşı Muğlada ümumilikdə 25 ünvana eyni vaxtda əməliyyat təşkil edilib.

Əməliyyat çərçivəsində, aralarında Serenay Sarıkayanın da olduğu 25 şübhəli şəxs barəsində axtarış və həbs qərarı verilib.

Türkiyəyə qayıdacağını bildirən məşhur aktrisa, ilk açıqlamasında "Uzun müddətdir planlaşdırdığım xarici səfər zamanı bu xəbəri aldım. Ən qısa zamanda ölkəmə qayıdıb, hər kəs kimi mən də bütün lazımi prosedurları yerinə yetirəcəyəm. Mən yaxşıyam, heç bir problem yoxdur, maraqlanan hər kəsə sevgilər…" - deyə qeyd etmişdi.

Избранный
16
9
far.az

10Источники