RU

Deputatlığa namizədlər dövlət imtahanı verməlidir KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Son vaxtlar bəzi deputat çıxışları, yumşaq desək, cəmiyyətdə birmənalı qarşılanmayıb, narazılıq yaradıb…

Elə buna görə də , namizədlərin bilik və hazırlıq səviyyəsini əvvəlcədən yoxlamaq faydalı olar”.

KONKRET.az xəbər verir ki, bu fikirləri uzun illər XİN-də və Azərbaycanın Rusiyadakı səfirliyində çalışmış Nigar Vəli Axundova bildirib.

O, daha sonra fikrini belə davam etdirib:

“Mənim fikrim budur: Milli Məclisə namizəd olmamışdan əvvəl bütün namizədlər dövlət quruluşu, qanunvericilik, iqtisadiyyat, ölkə tarixi və konstitusiya hüququ üzrə əsas biliklərini göstərən bir dövlət imtahanından keçsinlər.

Parlament ölkənin əsas qanunverici orqanıdır və burada işləmək istəyən insanlar bu məsuliyyətə hazır olduqlarını nümayiş etdirməlidirlər.

Düşünürəm ki, bu yanaşma parlamentdə müzakirələrin və qəbul olunan qərarların keyfiyyətini artırar, eyni zamanda insanların etimadını da gücləndirər”.

P.S.

Axı niyə ibtidai sinif müəllimi, həkim və ya dövlət qulluğunda ən aşağı pillədən işə başlayan şəxs öz bilik və peşə hazırlığını dövlət imtahanı ilə sübut etməlidir, amma ölkənin ali qanunverici orqanında on minlərlə vətəndaşı təmsil etmək səlahiyyəti verilən insan üçün belə bir tələb yoxdur? Niyə cəmiyyət qarşısında daha böyük məsuliyyət daşıyan vəzifələr üçün hazırlıq və kompetensiya meyarları tətbiq olunmasın?”.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
1
konkret.az

2Источники