ain.az bildirir, Kulis.az saytına əsaslanaraq.
Bu gün türk şair, mürəfəkkir Necib Fazıl Kısakürekin anım günüdür.
Kulis.az onun aforizmlərini təqdim edir.
Ağacdan düşən yarpaq necə qurumağa məhkumsa; könüldən düşən insan da unudulmağa məhkumdur.
***
Ağlaya bilsəydiniz, anlaya bilərdiniz...
***
Axmaqlıq yoluxucudur.
***
Aldığımız nəfəsi belə geri veririksə, heç bir şey bizim deyil.
***
Allah var lakin bizim ondan, tək soruşulduğu zaman xəbərimiz var!
***Bir millətin dili ilə oynamaq onun həyatı ilə oynamaqdır.
***Biz ayaqları şişənə qədər namaz qılan peyğəmbərin gözləri şişənə qədər yatan ümmətiyik.
***
Diz çök ey nəfs, qabağımda diz çök.
***
Elə insanlar vardır ki; kanalizasiyaya düşsələr, kanalizasiyanı çirkləndirərlər.***
İnsanın qazandığı puldan yox, pulun qazandığı insandan qorx.
***
İnsanın sevdiyini itirməsi, dişini itirməsi qədər qəribədir. Ağrısını o an yaşanar, yoxluğunu ömür boyu.***
Qadın qəbiristanlığa girəndə başını bağlayır, çölə çıxanda açır, ölüyə bağlayıb, diriyə başını açmaq ağlasığmazdır.
***
Qula qulluq etmə! Unutma ki, sən də qulsan. Və lazım olduğundan çox əhəmiyyət vermə! Yoxsa, unudularsan.***
Mən bir qəribə insanam.. Nə taxtım var, nə tacım.. Tut əlimdən Allahım, tək sənə möhtacam.***
Mən keçmişimi bükdüm və qaldırıb zibilə atdım, zibilləri isə ancaq pişiklər və itlər qarışdırar!
***
Ölkələr pulsuzluqdan deyil, əxlaqsızlıqdan çökərlər.***
Sevdalın bu dağı deş desə, qaçar, deşərsən! İş Allaha gəldimi, gücün yox, səndələyərsən!***
Təkəm deyə kədərlənmirəm. Çünki bilirəm, tək insanın xəyanət edəni də olmaz…
***
Tərəddüd etsən ayaqların səni daşımaz. Gedəcəyəm de və get!
***
Tumurcuq dərdində olmayan ağac - odundur.***
Verən də o, alan da o, nədir səndən gedəcək? Təlaşını görən, can sənindir zənn edəcək.
***
Yolumun qaranlığa batan nöqtəsində, sanki məni gözləyən bir xəyal görürəm.
Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsi anıldı
Arzunu əlində tuta bilməzsən! - Marina Svetayeva
VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.