RU

25 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü

Biləsuvar rayonunda gənc oğlanı elektrik cərəyanı vurub.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə mayın 24-də axşam saatlarında rayonun Bağbanlar kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Tural Məmmədli yaşadığı evin həyətində iş görərkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
17
2
metbuat.az

3Источники