RU

Alimlər quru göz sindromuna qarşı qeyri-adi vasitə hazırlayıblar

Sinqapur Milli Universitetinin alimləri quru göz sindromunun müalicəsində kömək edə biləcək ispanaq əsaslı göz damcıları hazırlayıblar.

Editor.az xəbər verir ki, tədqiqatın nəticələri Cell jurnalında dərc olunub.  

Araşdırma müəlliflərinin sözlərinə görə, yeni preparat göz səthində nəmliliyin qorunmasına kömək edir və iltihabın azalmasına təsir göstərir. Mütəxəssislər bildirirlər ki, quru göz sindromu xüsusilə uzun müddət kompüter və telefon ekranından istifadə edən insanlarda geniş yayılıb.

Alimlər qeyd edirlər ki, ispanağın tərkibində olan təbii antioksidantlar və faydalı maddələr göz toxumalarının qorunmasına müsbət təsir göstərə bilər. İlkin sınaqlar zamanı damcıların göz quruluğu simptomlarını yüngülləşdirdiyi müşahidə olunub.  

Tədqiqatçılar hesab edirlər ki, gələcəkdə bu texnologiya quru göz sindromunun müalicəsində daha təhlükəsiz və təbii alternativlərdən birinə çevrilə bilər. Bununla yanaşı, preparatın geniş istifadəyə verilməsi üçün əlavə klinik araşdırmaların aparılması planlaşdırılır. 

 

//Gülnarə Abasova, Editor.az

Избранный
5
editor.az

1Источники