Biləsuvar rayonunda gənc oğlanı elektrik cərəyanı vurub.BUTA.TV xəbər verir ki, hadisə mayın 24-də axşam saatlarında rayonun Bağbanlar kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü Tural Məmmədli yaşadığı evin həyətində iş görərkən ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.