RU

Məşhur aktrisa narkotik istintaqı çərçivəsində saxlanıldı

ain.az bildirir, Sia Az portalına istinadən.

Serenay Sarıkaya məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində İtaliyadan qayıdarkən saxlanılıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, məşhur simalara qarşı başladılan narkotik istintaqı davam edir. Bakırköy Cumhuriyet Başsavcılığı tərəfindən aparılan araşdırma çərçivəsində son günlər ictimaiyyətin yaxından tanıdığı bir sıra şəxslər barəsində saxlanılma qərarı verilib.

Əməliyyat zamanı ümumilikdə 17 nəfərin saxlanıldığı bildirilir. Barəsində saxlanılma qərarı olan Serenay Sarıkaya isə əvvəlcə yaşadığı ünvanda tapılmayıb.

Aktrisa daha əvvəl verdiyi açıqlamada xaricdə istirahətdə olduğunu və qısa müddətdə Türkiyəyə qayıdacağını bildirmişdi.

Məlumata əsasən, bu gün İtaliyadan geri dönən Serenay Sarıkaya narkotik istintaqı çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Lətifə Abdıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
1
sia.az

2Источники