RU

Salah "Liverpul"u ağlayaraq tərk etdi

"Liverpul"da son oyununu keçirən hücumçu Məhəmməd Salah "bütün həyatımda olduğundan daha çox ağladığını" açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, Premyer Liqanın 38-ci turunda Brentfordla 1-1 hesablı heç-heçə misirlinin klubda doqquz il keçirdikdən sonra komanda üçün son oyunu olub.

"Çox ağladım, düşünürəm ki, bütün həyatımda olduğundan daha çox! Belə bir yerdən ayrılmaq çox çətindir", - deyə oyunçu bildirib.

"Mən çox emosional insan deyiləm; siz uşaqlar bunu mediada tez-tez görmürsünüz. Siz məni həmişə sərt və aqressiv görürsünüz, amma daxilən uşaq kimiyəm. Bu, çox çətindir" - Salah qeyd edib.

Избранный
31
ucnoqta.az

1Источники