RU

Azərbaycan minifutbol millisi Avropa çempionatına ciddi hazırlaşır

ain.az bildirir, Azertag portalına istinadən.

Bakı, 25 may, AZƏRTAC

Slovakiyanın paytaxtı Bratislavada Avropa çempionatında iştirak edəcək Azərbaycan minifutbol millisi hazırlıqlarını davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu gün yığmanın Bakı Tennis Akademiyasının meydançasında media üçün açıq məşqi keçirilib. Məşq prosesini jurnalistlərlə yanaşı, Azərbaycan Minifutbol Federasiyasının nümayəndələri də izləyiblər.

Baş məşqçi Elşad Quliyevin rəhbərliyi altında baş tutan hazırlıq zamanı futbolçular fiziki və taktiki çalışmalar yerinə yetirib, müxtəlif oyun sxemləri üzərində işləyiblər. Komandada yüksək əhval-ruhiyyənin hökm sürdüyü müşahidə olunub.

Qeyd edək ki, Avropa çempionatı 27 may - 4 iyun tarixlərində Bratislavada keçiriləcək. Azərbaycan millisi Fransa, İtaliya və Avstriya seçmələri ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
azertag.az

1Источники