RU

Kremlin daxilində gərginlik artır: Putin inadından əl çəkmədi

Rusiya prezidenti Vladimir Putin internet üzərində məhdudiyyətlərin sərtləşdirilməsinə qarşı çıxan siyasi elita nümayəndələrinin çağırışlarını rədd edib.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Kreml daxilində bəzi yüksək vəzifəli rəsmilər - prezidentin mətbuat katibi Dmitri Peskov və prezident administrasiyası rəhbərinin birinci müavini, daxili siyasətə nəzarət edən Sergey Kiriyenko - Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən irəli sürülən internet məhdudiyyətlərinin yumşaldılmasına çalışıblar. Lakin bu cəhdlər nəticəsiz qalıb.

Mənbələrdən biri qeyd edib ki, müharibə davam etdikcə Putin təhlükəsizlik xidmətlərinə üstünlük verəcək.

Son aylarda Rusiyanın müxtəlif regionlarında internetin kəsilməsi, daha sonra isə "Telegram"a məhdudiyyətlərin tətbiqi Moskva elitası arasında narazılıq və istehzalı reaksiyalar doğurub.

Избранный
7
publika.az

1Источники