RU

Həkim D vitamini çatışmazlığının gizli bir əlamətini aşkar edib

D vitamini çatışmazlığı özünü hər zaman açıq şəkildə göstərmir. Mütəxəssislər bildirirlər ki, gecə ayaq qıcolmaları bu problemin gizli əlamətlərindən biri ola bilər.

E-saglam.az xəbər verir ki, laboratoriya mütəxəssislərinin sözlərinə görə, D vitamini yalnız sümük sağlamlığı üçün deyil, əzələlərin fəaliyyəti, sinir sistemi, immunitet və ümumi enerji səviyyəsi üçün də vacib rol oynayır.

Həkimlər qeyd edirlər ki, D vitamini çatışmazlığının ən yayılmış əlamətlərindən biri davamlı yorğunluqdur. Bundan əlavə, əhvalın tez-tez dəyişməsi, motivasiya azalması, halsızlıq, əzələ zəifliyi və ayaqlarda dartılma hissi də müşahidə oluna bilər.

Mütəxəssislər xüsusilə gecə yaranan qıcolmaların diqqətdən kənarda qalmamalı olduğunu vurğulayırlar.

Bəzi hallarda isə yuxululuq, diqqət toplamaqda çətinlik, iş qabiliyyətinin azalması, saç tökülməsi, dırnaqların kövrəkləşməsi və yaraların gec sağalması da D vitamini çatışmazlığı ilə əlaqəli ola bilər.

Həkimlər belə əlamətlər olduqda analiz verərək D vitamini səviyyəsini yoxlatmağı tövsiyə edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Избранный
24
e-saglam.az

1Источники