RU

ABŞ kəşfiyyatı: İranın ali rəhbəri Mojtaba Xameneyi gizlənir – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ kəşfiyyatının məlumatlarına istinadən "CBS News" telekanalının yaydığı xəbərə görə, İranın ali rəhbəri Mojtaba Xameneyi hazırda xarici dünya ilə əlaqəsi kəsilmiş naməlum bir məkanda gizlənir və onunla yalnız kuryerlər vasitəsilə rabitə saxlamaq mümkündür. Bu vəziyyət ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə əməkdaşlıq edən İran rəsmilərinin öz daxili hökumət sistemində ciddi kommunikasiya problemləri yaşamasına səbəb olub. 

Mənbələr bildirir ki, hətta İran hökumətinin ən yüksək eşalonundakı şəxslərin belə ali rəhbərin yerindən xəbəri yoxdur və onunla birbaşa əlaqə qura bilmirlər. Məhz bu səbəbdən, ABŞ-nin təklif etdiyi potensial sazişlərin detallarına cavab verilməsi kəskin şəkildə gecikir və Vaşinqtonla Tehran arasındakı danışıqlar prosesi olduqca ləngiyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
olaylar.az

1Источники