RU

Qəzada ölən konsul dəfn edildi -

İranda baş verən avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov dəfn edilib.Metbuat.az-ın bölgə müxbiri xəbər verir ki, R.İmranovun nəşi Alxasava kənd qəbiristanlığında torpağa tapşırılıb. ida mərasimində xarici işlər nazirinin müavini Samir Şərifov, rayon rəsmiləri, Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.Qeyd edək ki, R.İmranov iki gün əvvəl Culfa-Təbriz avtomagistralının Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olub.Davud Tarverdiyev / Metbuat.az


Избранный
5
14
metbuat.az

10Источники