Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza mayın 24-də səhər saatlarında qeydə alınıb. Hadisə zamanı hərəkətdə olan “Howo” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.