“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandeş İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
Msport.az xəbər verir ki, portuqaliyalı futbolçu bir mövsümdə ən çox məhsuldar ötürmə edən oyunçu olub.
Premyer Liqanın 38-ci turunda “Brayton”a qarşı keçirilən matçda Fernandeş mövsümdəki 21-ci məhsuldar ötürməsini edib. Bununla da o, daha əvvəl Tyerri Anri (2002/2003) və Kevin De Bruyneyə (2019/2020) məxsus olan rekordu (20) geridə qoyub.
Bruno Fernandeş 2020-ci ilin yanvarından “Mançester Yunayted”in şərəfini qoruyur. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, matç “Mançester Yuanyted”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.