RU

Ayaz Möhnətovun "Eurohome"u BAĞLANDI

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən "Eurohome" tikinti materiallarının satışı bazarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Bu barədə Adalet.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən "Eurohome" tikinti materiallarının satışı bazarınının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Избранный
19
19
adalet.az

10Источники