“Napoli” klubunun baş məşqçisi Antonio Konte komandadan ayrılıb.
İdmanxeber.az xəbər verir ki, Neapol təmsilçisinin mətbuat xidməti X sosial şəbəkəsində məlumat yayıb. Konte komandaya 2024-cü ilin yayında rəhbərlik etməyə başlamışdı. O, debüt mövsümündə “Napoli”ni İtaliya A Seriyasının çempionu edib.
2025/2026 mövsümündə isə neapollular çempionatı ikinci pillədə başa vurublar.
“Napoli” Konte rəhbərliyi altında bütün turnirlərdə ümumilikdə 91 oyun keçirib. Komanda bu görüşlərin 54-də qələbə qazanıb, 19-da heç-heçə edib və 18 dəfə məğlub olub