Azərbaycan Mərkəzi Bankının Data departamentinə yeni direktor təyin edilib.
"Unikal" xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifə Elmir Həsənliyə həvalə edilib.
E.Həsənli bu təyinatadək Mərkəzi Bankın Data Departamentinin Data əməliyyatları və analitikası şöbəsinin rəisi vəzifəsində çalışıb.