RU

Beş kitabın müəllifi olan Naibə Əliyeva oxucuları ilə görüşdü – FOTO

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının dördüncü günündə Bizim.Media-nın masasında şairə Naibə Əliyeva oxucuları ilə görüşüb.

Bizim.Media xəbər verir ki, "Ruhum Fırtınalarda", "İllər sonra", "Şuşanın fatehləri", "Gecikmiş sətirlər", “Həyat səni çox sevmişəm", “Tanı məni şeirlərdə” adlı 5 kitab müəllifi olan şairə yaradıcılığı haqqında da məlumat verib. Şairə yaradıcılıq sevgisinin hələ məktəb illərindən başlandığını qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Publisist Zeynəb Bəhmənlinin imza günü KEÇİRİLDİ - FOTO


Xatırladaq ki, VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində müxtəlif müəlliflərin təqdimatları və oxucularla görüşləri davam edir.

Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.




Naibə Məmmədova, İntiqam İbrahimov, Bizim.Media

Избранный
21
1
bizim.media

10Источники